Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Uruqvaya nota verib
Bütün Xəbərlər
16:18 16.11.2012
1019

Azərbaycanın Argentinadakı səfirliyi (eyni zamanda Uruqvay Respublikasında akkreditə olunub) Uruqvay Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar verilmiş notada uruqvaylı parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu bildirilib və onların səfər zamanı keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanıb.

Həmçinin qeyd edilib ki, məsuliyyətsizlik və etinasizlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir.

Notada bildirilib ki, səfərdən öncə Azərbaycan Respublikasının səfiri və Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə Uruqvay Nümayəndələr Palatasının sədri Azərbaycan səfirini əmin edib ki, regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcək.

Səfirlik bir daha Uruqvay tərəfinə xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20%, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılıb və məhv edilib.

BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yuvalarına qaytarılmasını tələb edib. Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapıb.

Qeyd olunanları nəzərə alaraq, səfirlik Uruqvay Xarici İşlər Nazirliyindən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir