Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəlib.
AZXEBER.COM-un məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesabı meydan sahibləri açıblar. Görüşün 31-ci dəqiqəsində Abdulvahab A.Rahman fərqlənib.
On dəqiqə sonra millimizin üzvü Rüfət Dadaşov hesabı bərabərləşdirib.
Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində isə Azərbaycan millisi hesabda irəli çıxıb. Bu dəfə Təmkin Xəlilzadə fərqlənib.
Beş dəqiqə sonra Ahmed Mubarak hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində Ramil Şeydayev komandamızın üçüncü topunu rəqib qapısından keçirib - 3:2.
Qarşılaşma bu hesabla da başa çatıb.
İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.