Azərbaycan yığması dünyanın ən yaxşı 112-ci komandasıdır

İDMAN
13:46 21.12.2011
2152
FİFA milli komandaların 2011-ci il üçün son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması dekabr reytinqində 1 pillə irəliləyərək, 112-ci pilləyə qalxıb. Hesabında 300 xal olan komandamız UEFA reytinqində 44-cü yerdədir. Son reytinq hesablanan müddətdə oyun keçirilmədiyindən, millilərin çoxu yerində qalıb. Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən Portuqaliya (7-ci yer, 1100 xal), Rusiya (12-ci yer, 971 xal), İsrail (37-ci yer, 665) yığmaları mövqeyini dəyişməyib. Şimali İrlandiya millisi (403) 1 pillə irəliləyərək, 88-ci yerə qalxıb. Lüksemburq yığması (252) isə 1 pillə geriləyərək, 18-ci pilləyə düşüb. Siyahının ilk “üçlüy”ü də dəyişməz qalır. İspaniya (1564) 1-ci, Hollandiya 2-ci (1365), Almaniya 3-cü pillədədir (1345). Türkiyə yığması 769 xalla 28-ci pillədə qalıb.

OXŞAR XƏBƏRLƏR