Azərbaycana vizasız gəlmək mümkündür: DMX rəisi ölkələrin sayını açıqladı

Azərbaycana vizasız gəlmək mümkündür: DMX rəisi ölkələrin sayını açıqladı
ÖZƏL
11:30 29.07.2026
214
"17 ölkə vətəndaşları Azərbaycana vizasız gələ bilir”

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediaturda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana vizasız giriş hüququ olan ölkə və ərazilərin sayı 17-dir:

"Hazırda adi (ümumvətəndaş) pasport sahibləri üçün Azərbaycana vizasız giriş hüququ olan ölkə və ərazilərin sayı 17-dir. Bu siyahıya həm daimi qarşılıqlı vizasız rejim tətbiq edilən ölkələr, həm də qüvvədə olan birtərəfli vizasız rejimlər daxildir”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR