Azərbaycanda 2 nəfər kritik vəziyyətdə xəstəxanaya çatdırıldı - Nazirlikdən açıqlama

SAĞLAMLIQ
11:49 24.09.2019
3693
Səhiyyə Nazirliyi Şamaxıda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.

OXŞAR XƏBƏRLƏR