Azərbaycanda banklar əhalini necə aldadır? - ARAŞDIRMA

Azərbaycanda banklar əhalini necə aldadır? - ARAŞDIRMA
İQTİSADİYYAT
18:00 22.01.2013
2878
KİV-lərdə yenə hansısa bankların 15%-dən yuxarı dərəcə ilə əmanət qəbul etməsi ilə bağlı elanlar yayılmaqdadır. Halbuki, indi kiminsə 12%-dən yuxarı dərəcə ilə banka əmanət qoyacağına inanmaq çətindir. Bunu keçən ilin iyul ayında bağlanan “Royalbank”ın əmanətçilərinin yarıdan çoxunun başına gələnlərə görə demək olar. Həmin əmanətlərin 71%-nin taleyi hələ də qaranlıqdır və əmanətçilər onlara görə Azərbaycan Əmanətlərin Sığortası Fondundan (ADİF) heç nə ala bilmədilər. Çünki qaydaya görə, əmanətin ADİF tərəfindən sığortalanması üçün bir bankda olan əmanətlərin toplam məbləği 30 min manatdan artıq olmamalıdır, həm də depozitin dərəcəsi manat ölçüsü ilə 12%-i keçməməlidir. Bu məsələ keçən ilin ikinci yarısında yetərincə geniş müzakirə olundu və əhali xeyli maarifləndi. Amma bununla belə, bankların yenə də bu cazibədar təkliflərlə vəsait cəlb etməyə çalışması nə ilə bağlıdır?İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bunu son aylarda bank sektorunda baş verən dəyişikliklərlə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalına qoyulan tələbi 50 manata qaldırması camaatı bir az ehtiyatlı davranmağa vadar edib. “Təbii ki, hər kəs bunu etmir. Amma məsələdən xəbərdar olan bəziləri pullarını kiçik banklardan çıxararaq böyük banklara yerləşdirirlər. Qorxurlar ki, kiçik banklar bağlana bilər. Buna görə də kiçik banklar əmanət dərəcəsini 15%-ə qaldırmaqla bu məsələdən xəbərsiz olanları cəlb etməyə çalışırlar”, - deyə iqtisadi ekspert vurğulayır.Azərbaycan Mərkəzi Bankının saytında yer alan statistik məlumata görə isə, ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstərici 8,4%-dir. Təbii ki, bu, göstəricinin hətta ADİF tərəfindən şərt kimi qoyulmuş 12%-dən də aşağı olmasında böyük bankların əmanətləri çox aşağı 5-6%-lə götürməsi rol oynayır. Kredit və əmanət bazarını nəzarətdə saxlayan bu banklar əhalidən yuxarı faizlə əmanət cəlb etməkdə o qədər də maraqlı deyillər. Samir Əliyevin dediyinə görə, böyük banklar əsasən xaricdən daha ucuz vəsaitlər cəlb edirlər: “Bu vəsaitlərin dərəcəsi 3-4, uzağı 5-6% olur. Bu da bankın reytinqi ilə bağlıdır. Bankın reytinqi nə qədər yüksək olarsa, kreditin qiyməti bir o qədər ucuz olur. Bizdə ən yüksək reytinq 3B-dir. Yəni reytinqi A ilə olan bank yoxdur. Amma istənilən halda onların cəlb etdikləri kreditləri dərəcəsi əmanətlərdən iki dəfə aşağıdır. Kiçik bankların korporativ-idarəetmə sistemi və s. beynəlxalq normalara cavab vermədiyinə görə, onlar ucuz vəsait cəlb edə bilmirlər, ən yaxşı halda bunu beynəlxalq qurumların vasitəsi ilə edirlər”,- deyə iqtisadçı ekspert vurğulayır.Kiçik bankların əmanət dərəcələrini qaldırması ölkə üzrə kredit dərəcələrini də artırır ki, bu da son nəticədə istehlak bazarında qiymətlərin yüksəlməsinə və iqtisadi aktivliyin əngəlləşməsinə səbəb olur. Əslində əmanət dərəcələrinin kredit dərəcələri ilə birbaşa bağlı olması AMB-nin məlumatlarında da əks olunur. Bu məlumatlara görə, bankların kredit portfelinin təxminən 50 faizini əmanətlər təşkil edir. Lakin bu, orta göstəricidir - Azərbaycanda elə banklar var ki, onların kreditlərinin 70 faizi əmanətlərin hesabına verilir.AMB-nin saytında verilən məlumata görə, ölkə üzrə ümumi kredit dərəcəsi 15,4 faizdir. Yəni bu, yetərincə normal göstərici kimi görünür, amma Samir Əliyevin sözlərinə görə, reallıqda isə geniş əhali kütləsinin ala biləcəyi kreditlər daha bahalıdır: “Bu göstəricinin aşağı olması hüquqi şəxslərə verilən kreditlərin dərəcəsinin 13 faiz olması bağlıdır. Fiziki şəxslərə verilən kreditlərin dərəcəsi isə 18 faizdir. Amma bu da orta göstəricidir. Güzəştli kreditlər, məsələn 4%-lə və 4%-lə verilən ipoteka kreditləri, sahibkarlığa yardım üçün 6%-lə verilən kreditlər bura daxildir. Bu gün 20 faizdən ucuz kredit heç yerdən tapmaq mümkün deyil. İstehlak bazarı üzrə isə 25%-dən yuxarıdır, hələ mikromaliyyələşdirməyə getsək, dərəcələr 36-40%-ə qalxar. Regionlara getdikcə kreditlərin faiz dərəcəsi daha da yüksəlir”,- deyə iqtisadçı ekspert vurğulayır.Faiz dərəcələrinin yüksək olması isə ölkə üzrə kreditləşmə səviyyəsini, həmçinin iqtisadi aktivliyi aşağı salır. AMB-nin məlumatına görə, ölkə üzrə kreditləşmə səviyyəsi 12 milyard 42 milyon 375 min manatdır ki, bu, 54 milyard manat təşkil edən ümumi daxili məhsul (ÜDM) göstəricisinin təxminən 22 faizini təşkil edir. Bu, Azərbaycan kimi keçid iqtisadiyyatına malik ölkələrin kreditləşmə səviyyəsi ilə müqayisədə çox aşağı göstəricidir. Məsələn Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici ən azı 70 faizə bərabərdir.“Bu, tələb olunan səviyyədən ən azı iki dəfə aşağıdır. İpotekanın özünü götürək, bazarın həcmi ildə 600-700 milyon manat təşkil edir. Bununla heç bir inkişaf ola bilməz, burada dövriyyə ən azı 10 dəfə yüksək olmalıdır”,- deyə Samir Əliyev vurğulayır. Onun fikrincə kreditləşmənin aşağı səviyyədə olması ilk növbədə iqtisadiyyatın neftdən kənar bölmələrində sahibkarlığın inkişafına, iqtisadi fəallığa mane olur.Lakin bu məsələnin də həlli var - bu, Azərbaycan Mərkəzi Bankının çox ucuz - illik 5% dərəcəsi ilə verdiyi kreditlərdir. Yəni banklar bu kreditləri alaraq təkrar kreditə yönəltməklə öz dolanışıqlarını qurarlar və əhalidən kredit fəaliyyəti üçün dərəcəsi 10-15%-ə qədər çatan bahalı əmanətlər cəlb etməyə məcbur olmazlar. Lakin göründüyü kimi, Azərbaycan bankları, xüsusilə də kiçik banklar belə ucuz vəsaitləri almaq əvəzinə bahalı əmanətlərə meylli olurlar ki, burada da müəyyən anlaşılmaz məqamlar var. Hazırda AMB-nin verdiyi mərkəzləşmiş kreditlər ümumi kredit dövriyyəsinin cəmi 15%-ni təşkil edir.“Bu kreditləri araşdıranda görünür ki, bu vəsaitlərdən də ən çox iri banklar yararlanır, kiçik banklar bu kreditləri almaq imkanına malik olsalar da, nədənsə bundan imtina edərək, yenə də fəaliyyət üçün daha bahalı olan əmanətlərə və öz kapitallarına üz tuturlar. Görünür, Mərkəzi Bankın bu kreditlər üçün qoyduğu şərtlər, əsasən texniki şərtlər onlar üçün əlverişli deyil ki, bu da nəticədə ölkə üzrə kreditləşmə səviyyəsini aşağı salır”, - deyə Samir Əliyev vurğulayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır