Azərbaycanda bu müavinətlər artdı - RƏSMİ

Azərbaycanda bu müavinətlər artdı - RƏSMİ
SOSİAL
15:16 12.07.2023
1057
"Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə "Müavinətlərin növləri” maddəsinə yeni yarımbəndlər əlavə edilib:

- 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət;

- 4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət;

- 7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda;

- 7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.

- 11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.

Bundan başqa, dövlət başçısı "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 881-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.
Fərmana əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.

Belə ki, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə