Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?

Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
SOSİAL
17:27 20.07.2026
1282
Xəbər verdiyimiz kimi, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.

Bununla bağlı məsələ Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında deyib ki, əmək bazarında çevikliyin artırılması iqtisadiyyatın yeni mərhələsinin tələbidir:

"Əmək bazarında çevikliyin artırılması iqtisadiyyatın yeni mərhələsinin tələbidir. Prezident İlham Əliyevin təsdiq etdiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planında beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin hazırlanmasının nəzərdə tutulması əmək bazarının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Dünyada rəqəmsallaşma, yeni məşğulluq formalarının yaranması və əmək münasibətlərinin dəyişməsi çevik iş modellərini zərurətə çevirib. Hibrid iş, məsafədən əmək fəaliyyəti, fərdiləşdirilmiş iş qrafikləri və nəticəyönümlü idarəetmə artıq inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Azərbaycanın da bu istiqamətdə beynəlxalq təcrübədən faydalanması həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar yaradacaq”.


Deputat qeyd edib ki, çevik iş rejimi xüsusilə azyaşlı uşağı olan valideynlərin əmək bazarına çıxış imkanlarını genişləndirə bilər:

"Çevik iş rejimi xüsusilə azyaşlı uşağı olan valideynlər, tələbələr, əlilliyi olan şəxslər və regionlarda yaşayan vətəndaşların əmək bazarına çıxış imkanlarını genişləndirə bilər. Bu yanaşma həm məşğulluq səviyyəsinin yüksəlməsinə, həm də iş və şəxsi həyat arasında balansın qorunmasına müsbət təsir göstərəcək. Yeni modellərin tətbiqi zamanı işçilərin sosial və əmək hüquqlarının tam qorunması əsas prinsip olmalıdır. Hazırlanacaq normativ hüquqi baza həm işəgötürənlərin fəaliyyətini asanlaşdırmalı, həm də işçilərin əmək hüquqları, sosial təminatı və təhlükəsizliyi ilə bağlı təminatları tam şəkildə özündə əks etdirməlidir”.

V. İskəndərov bildirib ki, bu islahatlar ölkədə daha rəqabətqabiliyyətli, innovativ və inklüziv əmək bazarının formalaşmasına töhfə verəcək:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirəcəyi bu islahatlar ölkədə daha rəqabətqabiliyyətli, innovativ və inklüziv əmək bazarının formalaşmasına, eləcə də qeyri-neft sektorunun inkişafına və insan kapitalının səmərəli istifadəsinə mühüm töhfə verəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı