"Azərbaycanda dağıdıcı və ya güclü zəlzələlərin olma ehtimalı yoxdur"

SOSİAL
13:16 08.02.2021
1341
"Yaxın günlər ərzində Azərbaycanda dağıdıcı və ya güclü zəlzələlərin olma ehtimalı yoxdur". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, Azərbaycanda hər gün yeraltı təkanlar baş verir: 

"Bu gün 30 yeraltı təkan olub. Elə olub ki, bir gündə 35 və ya 50 yeraltı təkan qeydə alınıb. Ölkəmizdə hər gün dinamik proseslər davam edir. Sadəcə bu gün baş verən üç zəlzələnin maqnitudası 3-dən yuxarı olduğu üçün biz informasiyanı mətbuata göndəririk. Çünki beynəlxalq qurumlarla iş birliyimiz olduğu üçün maqnitudası 3-dən yuxarı olan zəlzələri verməliyik. Amma qeydə alınan həmin zəlzələlər hiss olunmayıb. 

O fevralın 5-i baş verən zəlzələ haqda deyib: 

"Fevralın 5-dəki zəlzələ də Göyçə gölünün şimal-şərqində baş verdiyi üçün sərhəd rayonlar Qazax, Tovuz, Şəmkir, Gəncə və Daşkəsən də həmin yeraltı təkanlar hiss olunmuşdu”.

Qurban Yetirmişli əlavə edib ki, dünyanın bütün ölkələrində hər gün gündəlik dinamik proseslər getdiyi üçün Azərbaycan üçün də qorxulu bir şey yoxdur. 

Sevinc Yasinqızı

OXŞAR XƏBƏRLƏR