Azərbaycanda daha bir ictimai birlik sədri istefa verdi

GƏNCLİK
00:03 22.04.2012
2273

"Azərbaycan Könüllülər İctimai Birliyi"nin sədri Əliaslan Əliyev istefa verib. AZXEBER.COM-un məlumatına görə, o bu haqda şəxsi "facebook" səhifəsində yazıb: 21.04.2012-ci il tarixində Azərbaycan Könüllülər İctimai Birliyinin bütün rəhbər strukturlarının buraxılması qərarı qəbul olunmuşdur. Və bu gündən etibarən mən AKİB-in prezidenti vəzifəsini daşımıram. Aktiv gəncləşmə qərarı verdik".    

Azərbaycan Könüllülər İctimai Birliyini 1999-cu ildə millət vəkili, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı təsis edib. Xatırladaq ki, Ceyhun Osmanlı da bundan sonra "İrəli"yə rəhbərlik etməyəcəyini açıqayıb.

OXŞAR XƏBƏRLƏR