Azərbaycanda daha bir məşhur bank bağlanır

Azərbaycanda daha bir məşhur bank bağlanır
İQTİSADİYYAT
12:58 07.08.2015
6596
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş "Azərbaycan Kredit Bankı" ASC-nin ləğvetmə prosesinə başlanılıb.
AMB-dən APA-ya verilən məlumata görə, bununla bağlı iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edib.
"Azərbaycan Kredit Bankı" ASC-nin məcburi ləğv edilməsi; "Azərbaycan Kredit Bankı" ASC-nin ləğvedici qismində "Azerbaijan İnternational Consultinq Company" MMC-nin təyin edilməsi qərara alınıb (ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-439-47-22; 012-439-73-17)", - deyə məlumatda bildirilib.
Ləğvetmə prosesi "Azərbaycan Kredit Bankı" ASC-nin baş ofisində- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli (əvvəlki Nizami, 111) ünvanda həyata keçirilir.
Qeyd edək ki, "Banklar haqqında" Azərbaycan Respublikası qanununun 59.5 , 59.5.1, 59.5.2-ci maddələrinə müvafiq olaraq bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi anda bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir və bununla əlaqədar olaraq bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.
Beləliklə, ləğv prosesində olan "Azərbaycan Kredit Bankı"ASC-nin ləğvedicisi "Azerbaijan İnternational Consultinq Company" MMC çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyası ləğv olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi