Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb
SOSİAL
10:01 31.10.2023
158
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı Sərəncamın icrası təmin edilib.

Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edib.

Qeyd edək ki, Sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Habelə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İpoteka, yoxsa daxili kredit? Mənzil alarkən hansı seçim daha sərfəlidir?
15:12 24.07.2026
İpoteka, yoxsa daxili kredit? Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
15:09 24.07.2026
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
15:08 24.07.2026
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
14:54 24.07.2026
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib
14:48 24.07.2026
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib
"Mister Türkiye 2026"nın qalibi bəlli oldu
14:46 24.07.2026
"Mister Türkiye 2026"nın qalibi bəlli oldu
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
14:40 24.07.2026
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir
14:38 24.07.2026
Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir
Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
14:34 24.07.2026
Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
14:25 24.07.2026
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO
14:21 24.07.2026
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO
Azərbaycanda evlənənlərin sayı niyə azalıb? - "Qızlar ev, maşın istəyirlər" - VİDEOSORĞU
14:18 24.07.2026
Azərbaycanda evlənənlərin sayı niyə azalıb? - "Qızlar ev, maşın istəyirlər" - VİDEOSORĞU
Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL
14:16 24.07.2026
Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL
SEPAH ABŞ hərbçilərinin olduğu ölkələrdə əhaliyə xəbərdarlıq edib
14:16 24.07.2026
SEPAH ABŞ hərbçilərinin olduğu ölkələrdə əhaliyə xəbərdarlıq edib
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
14:09 24.07.2026
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?
14:08 24.07.2026
Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?