Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO
SOSİAL
22:16 23.06.2026
779
"Azərbaycanda 2010-cu ildən başlayaraq bir çox beynəlxalq fənn olimpiadaların qalibləri imtahansız olaraq istədikləri fakültələrə qəbul oluna bilirlər. Bu, təhsil qanunvericiliyimizdə də nəzərdə tutulub".

AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.

"2019-cu ildən etibarən ölkə fənn olimpiadalarının qalibləri də həmin fənn üzrə istədikləri ixtisasa imtahansız qəbul olunurlar. Eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər. Məsələn, musiqi sahəsində qalib olmuş bir şəxs həmin istiqamət üzrə qəbul oluna bilər, lakin tibb universitetinə imtahansız qəbul nəzərdə tutulmur. Yəni bu imtiyaz yalnız uyğun sahələrə aiddir və qaydalarda açıq şəkildə göstərilib.

Digər bir məsələ isə məktəbdaxili qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənlərdən get-gedə düzgün aparılır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı
21:43 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
21:32 12.11.2026
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
21:24 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
21:19 12.11.2026
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
21:06 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
21:04 12.11.2026
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
20:44 12.11.2026
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
20:40 12.11.2026
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
20:31 12.11.2026
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir