"Azərbaycanda maliyyə vəziyyəti sabitdir, büdcə gəlirləri yaxşı səviyyədədir" - İlham Əliyev

SOSİAL
18:21 11.05.2016
1693
"Hazırda Azərbaycanda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşdə deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Onun sözlərinə görə, dövlət və özəl sərmayələr artıq planlaşdırılıb: "Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur".

OXŞAR XƏBƏRLƏR