Azərbaycanda maraqlı məhkəmə işi: Oğlunu bıçaqlayan ata həbs olunmadı

Azərbaycanda maraqlı məhkəmə işi: Oğlunu bıçaqlayan ata həbs olunmadı
KRİMİNAL
22:40 04.05.2019
6172
79 yaşlı ata içki düşkünü olan oğlunu bıçaqlayıb. İş tapa bilmədiyini bəhanə edib əyyaşlığa qurşanan oğul da, əlini övladının qanına bulayan ata da peşmandır.

Məhkəmə tərəflərin barışdığını, oğulun atadan şikayətçi olmadığını nəzərə alaraq, ahıl yaşlı Samed Alıevi dəmir barmaqlıqlar arxasına göndərməyib, ona şərti cəza təyin edib…

Bakı Ağır Cinayətlər Məhkəməsində doğma oğlunu bıçaqlamaqda ittiham olunan 79 yaşlı Samed Alıevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hadisə ötən il martın 23-də gecə saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Oğlu Rövşən Əliyevin spirtli içki almaq üçün pul tələb etməsi ata-oğul arasında qarşıdurmaya səbəb olub. Mübahisə zamanı oğlunun onu təhqir etməsinə dözməyən ata bıçaqla Rövşənə zərbə endirib.

Əslən Qərbi Azərbaycandan olan Samed Alıev uzun illər Moldova Respublikasında yaşayıb. Orada ali təsil alıb, işləyib, ailə həyatı qurub. On il bundan öncə isə həyat yoldaşı Olqa ilə birgə daimi yaşayış məqsədilə Qaqauziyadan Bakıya köçüb. Zabrat qəsəbəsində oğlu Rövşən və arvadı Olqa ilə eyni mənzildə yaşayıb. Rövşənin işləməməsi, digər yandan isə spirtli içki aludəçisi olması həm atanı, həm də ananı bezdirib. Mütəmadi olaraq içki və siqaret üçün atasından pul tələb edən Rövşən növbəti dəfə onun bıçaq zərbəsinə tuş gəlib.

Törətdiyi əmələ görə S.Alıevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Təqsirləndirilən Samed Alıev ona elan olunmuş ittihamla özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib. İfadəsində oğlu ilə aralarında ədavət olmadığını söyləyib: "Oğlum Moldovada evlənmişdi, orada yaşayırdı. 2012-ci ildə arvadından ayrılandan sonra Rövşən də bizim yanımıza – Bakıya köçdü. İş axtarsa da, Bakıda iş tapa bilmirdi. Hər gün içki içirdi. Olqa da, mən də onun hərəkətlərindən bezmişdik. İmkan daxilində ona siqaret və araq pulu verirdim”.

S.Alıevin ifadəsinə görə, hadisə baş verən gün oğlu ondan yenə pul istəyib. O da Rövşənə 2 manat pul verib: "Pulu alıb getdi. Axşam saat 6-da evə gəlib yenə pul istədi. Pulum olmadığından verə bilmədim. Mübahisəmiz düşdü. DİN-in "102” xidmətinə zəng vurub şikayət etdim, polis gəlmədi. Sonra stolun üstündən bıçaq götürüb Rövşəni qorxutmaq istədim. Dedi "vur”, mən də əsəbi halda qarnından bıçaqla vurdum”.

S.Alıev ifadəsində göstərib ki, Rövşənin ona "sən deyəsən məni vurdun” deməsindən sonra yenidən "102” xidmətinə zəng vurub, oğlunu bıçaqladığını xəbər verib. Rövşən isə öz növbəsində təcili tibbi yadıma zəng vurub. "Rövşənə tibbi yardım göstərildi, bir neçə gün xəstəxanada müalicə olundu. Törətdiyim əməldən peşmanam, oğlumla barışmışam. Oğlum da, arvadım da mənim himayəmdədir. Bu halları nəzərə alıb barəmdə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm”, – ata məhkəmədə deyib.

Zərərçəkmiş Rövşən Əliyev ifadəsində göstərib ki, Moldova Respublikasının Kamrat şəhərində qeydiyyatda olub. Həyat yoldaşından rəsmi şəkildə boşandıqdan sonra birgə yaşadıqları evi satıb. Yaşamağa yeri olmadığından 2012-ci ildə ata-anasının yanına – Azərbaycana köçüb: "İş tapa bilmirdim. Yaşadığım həyat tərzi məni içki aludəçisinə çevirmişdi. Demək olar ki, hər gün içirdim. Artıq ata-anam da bezmişdi. Hadisə günü atamı pul vermədiyinə görə söyüb təhqir etdim. O da polisə zəng vurdu. Mübahisəmiz düşdü, məni bıçaqladı”.

R.Əliyev mənzilə gələn polis əməkdaşlarına hadisənin günahkarının özü olduğunu deyib, atasını polis bölməsinə aparmamalarını onlardan xahiş edib: "Hadisənin baş verməsinə səbəb atamdan içkili halda daim pul tələb etməyim olub. Mübahisə zamanı atamı vurmamışam, xəsarət yetirməmişəm. Atamla barışmışam, heç bir şikayətim və tələbim yoxdur”.

Məhkəmənin qərarına əsasən, S.Alıevə 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. (Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"