Azərbaycanda oğurluq cinayətinin dairəsi genişləndirilir
Bütün Xəbərlər
10:45 30.04.2013
919
Azərbaycanda oğurluq cinayətinin obyektlərinin dairəsi genişləndirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.Layihəyə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətmək cinayət hesab olunacaq.Həmçinin neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilən oğurluq da cinayət hesab olunacaq.Bu əməllər də üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Cinayət Məcəlləsinə təklif edilən daha bir dəyişiklik isə nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı ilə bağlıdır.Təklifə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa - üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılacaq.