Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib
Azərbaycanda pivə istehsalı 2010-cu illə müqayisədə 2011-ci ildə 7,2% - 4 mln. 40,8 min dekalitrədək artıb. AZXEBER.COM-un məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2011-ci ildə brendi (konyak) istehsalında 58,7% -105,4 min dekalitrdək, alkoqolsuz içki istehsalında 6% - 20 mln. 933,7 min dekalitrədək artım qeydə alınıb. Ötən ilin yekunlarına əsasən, şampan şərabı istehsalında 30,1% - 19,5 min dekalitr, araq istehsalında 6,2% - 811,5 min dekalitrə qədər azalma olub. Məlumata görə, 2012-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında 296,6 min dekalitr pivə, 8,6 min dekalitr şampan şərabı, 73,7 min dekalitr araq, 458,1 min dekalitr üzüm şərabı, 44,2 min dekalitr brendi (konyak), 740,9 min dekalitr alkoqolsuz içki qalıb.