Azərbaycanda xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur

SAĞLAMLIQ
17:45 22.01.2021
699
"Əsas hədəflərimizdən biri növbəti 2 həftə ərzində tibb işçilərinin peyvəndlənməsini tamamilə yekunlaşdırmaqdır. Ardınca 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası planlaşdırılır”.

AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı "Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sonrakı mərhələdə isə risk qrupuna aid insanlar başda olmaqla bütün vətəndaşlar peyvənd olunacaq: "Əhali arasında immunitetin olması üçün kütləvi vaksinasiya mütləqdir. İlk növbədə risk qrupları, sonrakı mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Bununla da xəstəxanalarda aktiv xəstələrin sayında nəzərə çarpacaq qədər azalmanı hədəf kimi müəyyənləşdirmişik. Çünki xəstəxanalarda müalicə alan xəstələrin 70-75%-i məhz 50 yaş üzərində olan şəxslərdir”.

R.Bayramlı əlavə edib ki, gələcəkdə daha aşağı yaş qrupları üzrə əhalinin peyvənd olunması nəzərdə tutulub: "Bunun üçün vaksin istehsalçıları ilə həm ikitərəfli, həm də Çinin "SinoVac” şirkətinin təsisatı çərçivəsində müzakirələr davam etdirilir. Bu müzakirələrin yekunu olaraq ölkəyə peyvəndlər gətiriləcək”.

Xatırladaq ki, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı