Azərbaycanın Argentinadakı səfirinin məktubu ermənilərin qəzəbinə səbəb olub

Azərbaycanın Argentinadakı səfirinin məktubu ermənilərin qəzəbinə səbəb olub
SİYASƏT
13:40 10.05.2015
1322
“Onlar etirazlarını bildiriblər”.
Argentinanın “Clarin” qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər etmiş Marselo Kantelminin 25 aprel tarixində həmin qəzetdə “Dağlıq Qarabağa, heç kimin tanımadığı ölkəyə səfər” adlı məqaləsi dərc olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, buna cavab olaraq, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "Clarin" qəzetinə ünvanladığı məktubu bəzi hissələr çıxarılaraq qəzetin 8 may tarixli buraxılışında dərc edilib.
Diplomat məktubunda bildirib ki, “Clarin” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, siyasi, hüquqi aspektləri barədə, eləcə də Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin qeyri-qanuni olması barədə dəfələrlə yazılarının dərc olunmasına baxmayaraq, Kantelmi həmin ərazilərə növbəti dəfə qanunsuz səfər edərək, Azərbaycan qanunlarını və beynəlxalq hüququ pozub.
Diplomatın sözlərinə görə, Marselo Kantelminin öz məqaləsində Ermənistanın müharibədə geniş şəkildə iştirakı, bölgədə bu gün azərbaycanlıların qalmaması, Şuşada iki minarəti dağıdılmış məscidin xarabalıqların içində qalması və Dağlıq Qarabağa hər şeyin Ermənistan tərəfindən təmin olunması kimi faktları etiraf etməsi birmənalı şəkildə sübut edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, azərbaycanlılara qarşı etnik təmizləmə, bu ərazilərdə Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi siyasətini həyata keçirib və qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün yaratdığı oyuncaq rejimdir.
Diplomat əlavə edib ki, müəllif tərəfindən müharibədən əvvəl bölgədə azərbaycanlılarla ermənilərin sülh içində yaşaması faktının da qeyd edilməsi göstərir ki, ermənilərin məlum iddialar irəli sürmələri üçün heç bir tutarlı əsası olmayıb və Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı Ermənistanın öz qonşularının ərazisi hesabına “Böyük Ermənistan” xülyasını həyata keçirmək planının tərkib hissəsidir.
XİN-in məlumatında qeyd olunur ki, Azərbaycan səfirinin dərc olunmuş məktubunun sonunda Marselo Kantelminin cavab qeydləri də yer alıb və jurnalist bununla özünün Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girişi ilə bağlı əməlinə məntiqsiz formada haqq qazandırmağa cəhd göstərib. Buna cavab olaraq Azərbaycan səfiri dərhal “Clarin” qəzetinə növbəti məktub ünvanlayıb və məsələ ilə bağlı səfirlik tərəfindən mətbuata açıqlama verilib.
“Bunun ardınca Argentina erməni icmasının radikal mövqeyi ilə seçilən “Prensa Armenia” mətbuat agentliyi də öz tərəfindən açıqlama dərc edərək M. Kantelminin müdafiəsinə qalxıb, Azərbaycan səfirinin məktublarına cavab olaraq Azərbaycan hökumətinin argentinalı jurnalistləri təqib etdiyini bildirib, bu yaxınlarda Telam, Tiempo Argentino, Pefil kimi Argentina KİV nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərindən sonra Azərbaycanın Argentinadakı səfirliyinin gördüyü müvafiq tədbirlərə qarşı etirazını bildirib”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
İranda zəlzələ oldu
10:31 02.08.2026
İranda zəlzələ oldu
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
10:27 02.08.2026
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı