Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir

Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir
SİYASƏT
14:05 30.11.2025
217
Biz illərdir müsahibə və açıqlamalarımızda bildiririk ki, radikal müxalifət — xüsusilə özünü "Milli Şura” adlandıran qurumda təmsil olunanlar, eləcə də AXCP və Müsavat funksionerləri — ölkəmizdə fəaliyyət göstərən "5-ci kolon”un təsiri altındadır. Bu qrupların maliyyələşməsi, aldıqları tapşırıqlar və yönləndirilmələr məhz həmin şəbəkənin ölkə daxilində yerləşən rəhbərliyi tərəfindən həyata keçirilir.

Bu fikirləri saytımıza açıqlamasında politoloq Ramiz Alıyev bildirmişdi.

"Son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar isə illərdir söylədiyimiz bu fikirləri tam şəkildə təsdiqlədi. DTX-nın yüksək peşəkarlıqla apardığı xüsusi əməliyyat tədbirləri nəticəsində ölkəmizdə sabitliyi pozmağa, dövlətçiliyimizi zəiflətməyə və daxili qarşıdurmalar yaratmağa cəhd edən qüvvələrin fəaliyyəti bir daha ifşa olundu. Bu əməliyyatlar göstərdi ki, milli təhlükəsizliyimizə yönələn hər hansı təxribat cəhdi dərhal müəyyən edilir və qarşısı qətiyyətlə alınır.”

Politoloq qeyd edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyin təmin olunmasında, sabitliyin qorunmasında və qanunçuluğun möhkəmləndirilməsində müstəsna rol oynayır. Onların gündəlik fəaliyyəti təkcə cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşmır — həm də mümkün təxribatların qarşısının alınması, ictimai-siyasi sabitliyin qorunması və ölkəmizdə təhlükəsizlik mühitinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Hüquq-mühafizə strukturları arasında formalaşmış sıx koordinasiya isə təhlükəsizlik sisteminin çevikliyini və bütövlüyünü daha da gücləndirir. Bir daha bütün cəmiyyət əmin oldu ki, Azərbaycanın hüquq-mühafizə orqanları kimliyindən, mövqeyindən və sosial statusundan asılı olmayaraq heç kimə — heç bir zaman — dövlətçiliyimizə zərər vurmağa imkan verməyəcək. Təhlükəsizlik qurumlarımız — həm DTX, həm də polis — bu gün həm ictimai asayişin qorunmasında, həm də milli təhlükəsizliyin təmin edilməsində fədakar xidmətləri ilə seçilir və öz fəaliyyətləri ilə xalqımıza, dövlətimizə sarsılmaz bağlılıq nümayiş etdirirlər.

R. Alıyev bildirir ki, Azərbaycan dövlətinin təhlükəsizliyi etibarlı əllərdədir. Bütün hüquq-mühafizə orqanlarımız ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, qətiyyət və sədaqətlə icra edir. Xarici dairələrin təsiri altına düşmüş destruktiv qrupların fəaliyyəti isə heç vaxt dövlətin gücündən və xalqın birliyindən üstün ola bilməz. Bu gün Azərbaycan həm daxilən sabit, həm də xarici təhdidlərə qarşı dayanıqlı bir dövlətdir. Dövlətçiliyimizin qorunması, milli maraqlarımızın müdafiəsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən bütün tədbirlər ardıcıl və yüksək effektivliklə davam etdirilir.

Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir — və bu əminlik xalq–dövlət birliyinin ən mühüm dayağıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı