Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumu təsdiqləndi

Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumu təsdiqləndi
SİYASƏT
17:37 24.11.2025
119
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu” təsdiq edilib.

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən,1-ci hissədə göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, memorandum bu ilin oktyabrın 3-də Ankarada imzalanıb.
OXŞAR XƏBƏRLƏR