Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər – 2022” proqramına seçilib

Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər – 2022” proqramına seçilib
İQTİSADİYYAT
11:41 13.12.2021
573
Hər il Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən həyata keçirilən "BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) üçün namizədlərin seçimi prosesi başa çatıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycanda və regionda bu təşkilatın yeganə üzvü olan Kapital Bank-ın ödənişlər sahəsinin rəhbəri Fərid Səmədov seçim prosesini uğurla keçərək, növbəti il üçün proqramda iştirak etmək hüquqi əldə edib.

Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən proqrama namizədliyi irəli sürülən şəxslər öz sahələrində innovativ yanaşmaları tətbiq edən şəxslərdir. Onlar üçün rəqəmsallaşma dövründə fərqli ölkələrdəki transformasiyalar prosesində qazandıqları təcrübəni öyrənmək əsas prioritetlərdəndir. Proqram zamanı həmçinin, iştirakçılar BAFT-ın İdarə Heyəti, qlobal bankların rəhbərləri, BAFT-ın müxtəlif komitə və şuralarının tövsiyələri və fikirləri əsasında seçilən layihələrdə komanda işi nümayiş etdirəcəklər.

Qeyd edək ki, Fərid Səmədov 2015-ci ildən Kapital Bank-da işləyir. Ödənişlər sahəsinin rəhbəri olaraq müştərilərin istəklərinə uyğun, innovativ ödəniş alətlərinin və sistemlərinin yaradılması, bank xidmətlərinin rəqəmsallaşdırılması sahəsinə rəhbərlik edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var