Azərbaycanlı gənclər “Azərlotereya”nın dəstəyi ilə beynəlxalq yarışda - FOTOLAR

Azərbaycanlı gənclər “Azərlotereya”nın dəstəyi ilə beynəlxalq yarışda - FOTOLAR
İQTİSADİYYAT
14:18 27.04.2023
676
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC-nin dəstəyi ilə Azərbaycan ilk dəfə dünyaca məşhur "FIRST Robotics Competition” (FRC) müsabiqəsində iştirak edib. 

AZXEBER.COM xəbər verir ki, korporativ sosial məsuliyyət layihələri sırasında innovasiyalara önəmli yer ayıran şirkətin Türkiyənin "Jr. Robotics” brendinin ölkəmizdəki təmsilçisi "Train Brain” tədris mərkəzi ilə birgə reallaşdırdığı layihə çərçivəsində "MecHack” komandası NASA-nın təşkil etdiyi yarışda uğurlu nəticəyə imza atıb. 

Təmsilçimiz 6-8 aprel tarixlərində Nyu-Yorkda 51 ölkənin iştirakı ilə baş tutan 10 yarışdan 5-ində tam qələbə qazanıb. İlk qatılan komandalar arasında "Rooki All Star” mükafatına layiq görülən "MecHack” 18-22 aprel tarixlərində Hyustonda təşkil olunan final mərhələsinə yüksəlib. 600-dən çox komandanın iştirakı ilə keçirilən müsabiqənin finalında da uğurlu çıxış edən təmsilçimiz "Rookie İnspiration” mükafatını qazanıb.

Qeyd edək ki, 1992-ci ildən ABŞ-da keçirilən müsabiqənin layihə rəhbəri və baş sponsoru NASA-dır (Milli Aeronavtika və Kosmos İdarəsi). Dünyada robototexnika üzrə önəmli yarışmalar sırasında yer alan FCR-in əsas sponsorları "Google”, "FedEx” və "Apple” kimi böyük və nüfuzlu şirkətlərdir. 

Yarışın konsepti hər il NASA tərəfindən elan edilir və komandalar təyin edilmiş keyfiyyətləri təmin edən sənaye robotu hazırlayırlar. Robotun hazırlanılması zamanı iştirakçılar müxtəlif sahələrdə - mühəndislik, mexanika, proqramlaşdırma, dizayn və marketinq sahəsində olan qabiliyyətlərini inkişaf etdirir, öyrəndiklərini böyük arenada nümayiş etdirirlər.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR