Amerikada yaşayan və əslən azərbaycanlı olan müğənni Dənizin mahnıları ABŞ-ın musiqi kanallarının gündəmindən düşmür.
AZXEBER.COM xəbər verir ki, Əslən Cənubi Azərbaycandan olan gənc müğənni Dəniz Galatanın sonuncu işi dünyaca məşhur müğənni Frank Sinatranın “My WAY” mahnısını türk dilində ifa etməsi olub. Los-Angelesdəki studiyada lentə alınan mahnıya elə həmin ştatda da klip çəkilib. Artıq “Benim yolum”adlı mahnı musiqi kanallarında və radiolarda yayımlanmağa başlayıb. Bundan başqa onun dahadörd mahnısı həmin studiyada hazırlanır.
Hələ uşaq yaşlarından Təbrizdən Amerikaya köçən Dəniz okeanın o tayında Azərbaycanın milli musiqilərinin də təbliğatı ilə məşğul olduğunu söyləyib. O, “Urmiya gölü”nün qurudulması ilə bağlı eyni adlı mahnını ifa edib.
Müğənni “Onunla həyat manidar” adlı mahnısı ilə isə Azərbaycan və Türk musiqi tarixində ilk dəfə qeyri-adiliyə imza atıb. Belə ki, o bu mahnınını ABŞ-ın “country” musiqi tərzində ifa edib.
Dəniz bundan başqa fəaliyyəti ərzində “Təbrizli qız”, “Güney Azərbaycan”, “Pəncərə” və onlarla mahnısını dinləyicilərin müzakirəsinə çıxardıb:
“Mənim buradakı sənət fəaliyyətim əsasən Azərbaycan və Türk musiqisini tanıtmaq və ABŞ-da öz musiqimizin hərtərəfliyini nümayiş etdirməkdir. Bunun üçün hər gün gərgin bir iş rejimi ilə çalışırıq. Hər gün demək olar ki, studiyada yeni mahnılarımın yazılması ilə məşğulam. Qismət olsa burada Bakıdan bir müğənni dəvət edərək onunla birlikdə konsert verməyi düşünürəm. Amerikada yaşayan azərbaycanlılar öz milli musiqimizi vaxt geçdikcə unutmağa başlayırlar. Belə bir konsert onların da ürəyindən olacaq”.
Müğənni “Benim yolum” adlı mahnıya çəkilən klipi saytımızın oxucularına da təqdim edib. Müğənninin rəsmi web səhifəsi "www.denizgalata.net" saytıdır.