Azərbaycanlı müğənni Amerikanı belə fəth etdi – FOTOLAR – VİDEO

Azərbaycanlı müğənni Amerikanı belə fəth etdi –  FOTOLAR – VİDEO
FOTOSESSİYA
13:07 24.05.2014
10016

Amerikada yaşayan və əslən azərbaycanlı olan müğənni Dənizin mahnıları ABŞ-ın musiqi kanallarının gündəmindən düşmür.

AZXEBER.COM xəbər verir ki, Əslən Cənubi Azərbaycandan olan gənc müğənni Dəniz Galatanın sonuncu işi dünyaca məşhur müğənni Frank Sinatranın “My WAY” mahnısını türk dilində ifa etməsi olub. Los-Angelesdəki studiyada lentə alınan mahnıya elə həmin ştatda da klip çəkilib. Artıq “Benim yolum”adlı mahnı musiqi kanallarında və radiolarda yayımlanmağa başlayıb. Bundan başqa onun dahadörd mahnısı həmin studiyada hazırlanır.

Hələ uşaq yaşlarından Təbrizdən Amerikaya köçən Dəniz okeanın o tayında Azərbaycanın milli musiqilərinin də təbliğatı ilə məşğul olduğunu söyləyib. O, “Urmiya gölü”nün qurudulması ilə bağlı eyni adlı mahnını ifa edib.

Müğənni “Onunla həyat manidar” adlı mahnısı ilə isə Azərbaycan və Türk musiqi tarixində ilk dəfə qeyri-adiliyə imza atıb. Belə ki, o bu mahnınını ABŞ-ın “country” musiqi tərzində ifa edib.

Dəniz bundan başqa fəaliyyəti ərzində “Təbrizli qız”, “Güney Azərbaycan”, “Pəncərə” və onlarla mahnısını dinləyicilərin müzakirəsinə çıxardıb:

“Mənim buradakı sənət fəaliyyətim əsasən Azərbaycan və Türk musiqisini tanıtmaq və ABŞ-da öz musiqimizin hərtərəfliyini nümayiş etdirməkdir. Bunun üçün hər gün gərgin bir iş rejimi ilə çalışırıq. Hər gün demək olar ki, studiyada yeni mahnılarımın yazılması ilə məşğulam. Qismət olsa burada Bakıdan bir müğənni dəvət edərək onunla birlikdə konsert verməyi düşünürəm. Amerikada yaşayan azərbaycanlılar öz milli musiqimizi vaxt geçdikcə unutmağa başlayırlar. Belə bir konsert onların da ürəyindən olacaq”.

Müğənni “Benim yolum” adlı mahnıya çəkilən klipi saytımızın oxucularına da təqdim edib. Müğənninin rəsmi web səhifəsi "www.denizgalata.net" saytıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb
17:25 03.09.2025
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb
Saniyələr içində hər yeri təmizlədilər - Putin-Kim görüşündə qeyri-adi anlar - VİDEO
17:21 03.09.2025
Saniyələr içində hər yeri təmizlədilər - Putin-Kim görüşündə qeyri-adi anlar - VİDEO
Aparıcının oğlu günlər sonra qəbul mesajı aldı
17:18 03.09.2025
Aparıcının oğlu günlər sonra qəbul mesajı aldı
Moskvaya gedən bir qrup azərbaycanlı "Domodedovo"dan geri qaytarılır - VİDEO
17:09 03.09.2025
Moskvaya gedən bir qrup azərbaycanlı "Domodedovo"dan geri qaytarılır - VİDEO
"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşdi
17:06 03.09.2025
"Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşdi
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi
17:01 03.09.2025
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi
17 yaşlı qızını ərə verən valideynlər cərimələndi
16:55 03.09.2025
17 yaşlı qızını ərə verən valideynlər cərimələndi
Bakıda və bölgələrdə külək əsəcək
16:47 03.09.2025
Bakıda və bölgələrdə külək əsəcək
Sosial şəbəkədə qadınların şəxsi məlumatlarını ələ keçirən şəxs saxlanıldı - VİDEO
16:46 03.09.2025
Sosial şəbəkədə qadınların şəxsi məlumatlarını ələ keçirən şəxs saxlanıldı - VİDEO
“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM
16:38 03.09.2025
“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM
"Putin və Zelenski yaxın günlərdə görüşməsə, nə olacağını görəcəksiniz" - Tramp
16:37 03.09.2025
"Putin və Zelenski yaxın günlərdə görüşməsə, nə olacağını görəcəksiniz" - Tramp
Aytən Sultanovanın vəziyyəti ilə bağlı - Açıqlama
16:32 03.09.2025
Aytən Sultanovanın vəziyyəti ilə bağlı - Açıqlama
Məşhur TikTok fenomeni ailəsi ilə birlikdə öldürüldü
16:25 03.09.2025
Məşhur TikTok fenomeni ailəsi ilə birlikdə öldürüldü
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
16:10 03.09.2025
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
16:03 03.09.2025
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Məhkəmə Bəhruz Səmədovla bağlı qərar verdi
15:58 03.09.2025
Məhkəmə Bəhruz Səmədovla bağlı qərar verdi