Azərbaycanlı müğənnilərin ən çox pul qazandığı rayon - Orada kimlər yaşayır?

Azərbaycanlı müğənnilərin ən çox pul qazandığı rayon - Orada kimlər yaşayır?
SOSİAL
12:26 02.10.2018
19626
Əhməd Cavad, Fazil Məmmədov, "Pakrov Məhərrəm” – Onları birləşdirən nədir?

AZXEBER.COM "Bizim rayon” rubrikasını davam etdirir.

Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada əyalət rayonlarından, bu rayonların yaranma tarixi, oturuşmuş ənənələri, tanınmış şəxsiyyətlərindən bəhs olunacaq.

Haqqında bəhs edəcəyimiz növbəti məkan – ölkəmiz dövlət müstəqiliiyi əldə edənə qədər Şamxor adı ilə məşhur olan Şəmkir rayonu olacaq.

Səlcuqlar tərəfindən işğal olunan rayon az keçmir ki...

Şəmkir rayonu Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəd olan Şəmkirin 200 mindən artıq əhalisi var. 1930-cu ildən rayon statusu alan qədim diyar 1991-ci ilə qədər Şamxor adını daşıyıb.

Tarixi mənbələrə görə, Şəmkir erkən orta əsr şəhərlərindəndir. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşib. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olunaraq, ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırılıb. Şəhərin adı sonralar özünə qaytarılıb. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olunub. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olub. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb edib. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçib. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olub. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirilib. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olub.

Bakıda 1, burada isə 2 "qız qalası” var...

Şəmkir tarixi-memarlıq abidələri ilə zəngin azsaylı rayonlardan biridir. IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası, XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları , XI-XII əsrlərə aid Qız qalası, XI əsrə aid ikinci Qız qalası, XVI-XVII əsrlərə aid körpü , XVII əsrə aid Divan bürcü, XVI-XVII əsrlərə aid Koroğlu qalası, dəmir dövrünə aid Qalaboynu qalacası, erkən orta əsrlərə aid Pir, 1909-cu ildə tikilmiş Alman kilsəsi, XI-XII əsrlərə aid oğuz qəbiristanlığı XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) və digər tarixi abidələr bu qəbildəndir.

Rayon iqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, quşçuluq və baramaçılıq təşkil edən Şəmkirdə kənd təsərrüfatı maşınqayırması, üzüm emalı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, quşçuluq fabriki, SES və başqa müəssisələr fəaliyyət göstərir. Rayonda 81 orta məktəb, 22 xəsətəxana, 48 ambulator poliklinika, 96 kitabxana, Şəmkir Olimpiya İdman Kompleksi, "Excelsior Hotel Shamkir" mehmanxanası və digər müəssisələr fəaliyyət göstərir.

Tanıdığınız bu məşhurlar Şəmkirin yetirmələridir...

İstər ölkəmizdə, istərsə də Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən məşhurlar arasında şəmkirlilər az deyil. Rayonun yetirmələri arasında tanınmış elm və mədəniyyət xadimləri, yüksək rütbəli zabitlər, iş adamları və digər sənət sahibləri var. Şəmkir torpaqlarımızın bütövlüyü urğunda gedən döyüşlərdə yüzlərlə şəhid verib. Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznavurov da bu rayonda doğulub boya-başa çatıb.

Adını Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazmış şair, Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavad, XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi, Azərbaycanın ilk Sovet İttifaqı Qəhramanı İsrafil Məmmədov, xalq artistləri - Leyla Bədirbəyli, Gülxar Həsənova, Yasin Qarayev, akademiklər - Fərman Salmanov, Yaqub Hacıyev, ATU-nun Oftolmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur, sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev, sabiq Vergilər naziri Fazil Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Gəncə Dövlət Universitetinin rektoru Davud Hacıyev, rəsmi dövlət qəzeti - "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov və digərləri Şəmkir rayonunun yetirmələridir.

Dünyanın müxtəlif ölkələrində, xüsusən Rusiyada yüzlərlə şəmkirli var ki, iri çapda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onlardan bəziləri iri ticarət müəssisələrinə rəhbərlik edir və həmin müəssisələr Rusiya iqtisadiyyatına böyük gəlirlər qazandırırlar. Şəmkirli sahibkarlardan söz düşmüşkən bu sırada "Pakrov Məhərrəm” ləqəbli Məhərrəm Quliyevin, Fərhad Hüseynovun, Elçin Əhmədovun, Elbrus Məmmədovun və digərlərinin adını çəkmək olar.
 
Şəmkir rayonunda baş verən toylar da ölkəmizin ən dəbdəbli toyları kimi yadda qalır. Azərbaycan müğənnilərin də Şəmkir toylarına çağırılmaq üçün mübarizə apardığı hər kəsə bəllidir. 

Qeyd edək ki, Məhərrəm Quliyev Moskvanın ən böyük bazarlarından olan – "Pakrov”un sahibidir. Bir müddət öncə həbs olunsa da, sonradan azadlığa çıxıb. Fərhad Hüseynovun isə bir neçə il öncə Şəmkirdə övladına etdiyi toy bütün ölkəyə səs salıb. Onun toyuna Türkiyənin ən məşhur müğənnilərini gətirməsi, üç gün-üç gecə təmtəraqlı toy etməsi böyük müzakirələrə səbəb oldu.

Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI