Azərbaycanlı nazir fermerlər üçün tərcüməçilik etdi - ÖZƏL VİDEO

SOSİAL
14:51 02.10.2019
5323
Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub.
 
AZXEBER.COM xəbər verir ki, Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
 
Ümumilikdə, sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunur. Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.
 
Sərgidə maraqlı anlar yaşanıb. Belə ki, tədbirdə iştirak edən İnam Kərimov azərbaycanlı fermerlər üçün tərcüməçilik edib.
 
Həmin videonu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR