Azərbaycanlıların Berlin yürüşü Türkiyə mətbuatında - VİDEO

SİYASƏT
14:46 22.02.2020
5274
Bu gün Berlində Ümumavropa Qarabağ Mitinqi keçiriləcək. 

AZXEBER.COM xəbər verir ki, yürüşlə bağlı Türkiyə mətbuatı da məlumat paylaşıb. 

"Haber Global” yürüşlə bağlı material hazırlayıb. 

"Xocalıda yaşananlar unudulmadı” başlıqlı materialda Almaniyadakı Azərbaycanlılar Dərnəyinin Berlində Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil etdiyi bildirilib. 

Rəssam Əşrəf Heybətovun çəkdiyi rəsmlər ictimaiyyətin diqqətini çəkib. 

"Xocalı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük faciədir. Mənim də Azərbaycan rəssamı kimi belə əsərləri yaratmaq vətəndaşlıq borcumdur”, - deyə Ə.Heybətov deyib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib. 

Materialda bildirilib ki, Almaniyadakı azərbaycanlılar isə böyük yürüşə hazırlaşır. Mitinqdə 30-dan çox ölkədən gələn azərbaycanlılar iştirak edəcək. 
 

OXŞAR XƏBƏRLƏR