Azərbaycan Prezidenti cənab İlham Əliyev Ukrayna Prezidenti cənab Volodimir Zelenskinin 25 aprel tarixində Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərini yüksək qiymətləndirdi. Dövlət başçısı siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, Azərbaycan ilə Ukrayna arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini qeyd etdi.
Bəyanatda həmçinin regional təhlükəsizlik, enerji əməkdaşlığı və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələlərinə toxunuldu. Prezident İlham Əliyev Azərbaycanın hər zaman beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qaldığını bir daha diqqətə çatdırdı.
Müəllif: Nəzmi Musayev
Göygöl RMX PHŞ Reanimasiya şöbəsinin müdiri











































