Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları
İQTİSADİYYAT
12:16 09.02.2023
479
"Azercell Telekom" MMC "Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, Azercell abunəçiləri bir həftə boyunca 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə "Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər. 

Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 8116 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu  göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 ("Nargis” Fondu) nömrəsinə,  www.yardim.et  (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar.
Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət "Azercell Könüllüləri” komandası da Türkiyəyə dəstək məqsədilə yardım aksiyası başladıb.  

Azercell şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir.
 
Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən "Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər

 #TürkiyəSəninləyik

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?