Azercell Telekom Dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini üç dildə səsləndirilərək "Bookmate” proqramının "Audiobook” ("Audio Kitab”) bölümünə yüklənməsinə təşəbbüs göstərib.
AZXEBER.COM xəbər verir ki, məşhur mütəfəkkir-şairin 650 illik yubileyini qeyd etmək üçün ölkənin nüfuzlu diplomatik və biznes strukturları, incəsənət xadimləri Azercell-in təşkil etdiyi "İki Cahan” tədbirində bir araya toplaşıb.
Sözügedən videonu təqdim edirik: