“Azərlotereya” şəhid övladları üçün təqaüd ayırdı

“Azərlotereya” şəhid övladları üçün təqaüd ayırdı
İQTİSADİYYAT
11:06 30.06.2022
553
Haqq-ədalət savaşımızda şücaətlə döyüşərək bizə qələbə hissini yaşadan şəhidlərimizin ailələrinə dəstək olmağı özünə borc hesab edən "Azərlotereya” ASC bu istiqamətdə yeni sosial layihəyə start verir.

AZXEBER.COM xəbər verir ki, "Əmanətə sədaqət" devizinə əsaslanan "Azərlotereya” vətən uğrunda canlarından keçmiş Qarabağ müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edəcək.

"Azərlotereya” ASC-nin təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək sosial layihə ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan 25-i Azərbaycanda, 7-si isə hazırda Türkiyədə təhsil alır. 

Təhsilin tərəqqisinə yönələn layihələrə dəstək göstərməkdə maraqlı olan "Azərlotereya" ASC bu sferada Təhsil Nazirliyi və və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığa davam edəcək. 

Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir. Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya” ASC-nin təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.

Vətən müharibəsi dövründə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə onların sosial müdafiəsinə hesablanan layihələrin təşəbbüskarı kimi "Azərlotereya" ASC bundan sonra da hünərlik zirvəsi olan şəhid ailələrinə dəstək olmağa davam edəcək.

Qeyd edək ki, "Azərlotereya” ASC-nin təqaüd proqramı cari və növbəti illərdə Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına da şamil olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb