"Azərlotereya"dan şəhid övladlarına Türkiyədə Zəfər Günü sürprizi - VİDEO

"Azərlotereya"dan şəhid övladlarına Türkiyədə Zəfər Günü sürprizi - VİDEO
İQTİSADİYYAT
15:37 10.11.2022
543
 "Azərlotereya" ASC Zəfər Günü ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təhsil təqaüdü ayırdığı şəhid ailə üzvləri ilə Türkiyənin İstanbul şəhərində görüş keçirib.

Tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verərək bizə zəfər hissi yaşadan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbir iştirakçılarını salamlayan "Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışına Türkiyədə təhsil alan tələbələr üçün hazırlanan sürprizi təqdim etməklə başlayıb. O, tələbələrin Azərbaycandan gələn ailə üzvlərini tədbirin keçirildiyi zala dəvət edib.

"Əziz analar və bacılar, şəhidlərimizin bizə əmanəti olan dəyərli tələbələrimizi Zəfər Günündə sizlərlə burada görüşdürmək, bu böyük günü sizli-bizli birlikdə qeyd etməyi düşündük. Çox sağ olun ki, bizim bu təklifimizi qəbul etdiniz, övladlarınıza sürpriz edərək buraya - onların görüşünə gəldiniz”.
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sürpriz görüşün təşkili, eləcə də şəhid ailələrinə ayrılan diqqətə görə "Azərlotereya” ASC-yə təşəkkür edib.

Daha sonra şəhid baş leytenant Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərova çıxış edib: "Zəfər Günü ərəfəsində bu gözəl və özəl təşəbbüsü irəli sürən, reallaşmasında əziyyəti keçən hər kəsə - başda ''Demirören Holdinq”,  ''Azərlotereya'' ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə sonsuz minnətdarlığımı bildirirəm”.

"Atam qardaşlarımı və məni təhsilli görmək istəyirdi” - deyən şəhid XTQ mayoru Tofiq Kərimovun oğlu Anar Kərimov isə təhsilinə göstərilən dəstəyin onun üçün önəmli olduğunu vurğulayıb: "Universitet həyatı nə qədər gözəl olsa da, bir o qədər də çətinlikləri var. "Azərlotereya” ASC-yə təşəkkür edirəm ki, bu çətinliklərdə bizim yanımızda olub dəstək göstərir”.

Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR