AZXEBER.COM-un redaktoru Hacıbəy Heydərli 'İlin ən yaxşı tələbəsi' oldu

GƏNCLİK
18:25 27.12.2011
3696

Xəbər verdiyimiz kimi, bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.

AZXEBER.COM-un məlumatına görə, mükafat alanlar arasında BDU Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, AZXEBER.COM informasiya portalının redaktoru Hacıbəy Heydərli də var. Qaliblərə diplomu BDU-nun rektoru, milət vəkili, akademik Abel Məhərrəmov təqdim edib. 

OXŞAR XƏBƏRLƏR