Bacı-qardaş əlbir olub paytaxt sakinini soydular

Bacı-qardaş əlbir olub paytaxt sakinini soydular
KRİMİNAL
12:04 05.05.2022
365
Bakıda bacı və qardaş bank kartından pul oğurlayıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR