Yanvarın 6-da havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.
Yanvarın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Yanvarın 7-8-də gecə və səhər duman olacaq. Bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Yanvarın 8-də respublikanın qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.