Bakı Musiqi Akademiyasının yubileyi qeyd ediləcək

Bakı Musiqi Akademiyasının yubileyi qeyd ediləcək
GƏNCLİK
15:25 23.11.2011
77702
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) noyabrın 29-da “Clarinetissimo II” adlı konsert keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Anar Məmmədov (klarnet) və Vəli Budaqovun (klarnet) birgə ifasında əsərlər səslənəcək.Konsertin proqramına Ü.Hacıbəyli, Bermann, Mendelssohn, Frank, Ponchiellinin əsərləri daxil edilib. Konsert Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunur. Konsertə giriş sərbəstdir.
OXŞAR XƏBƏRLƏR