Magistralda işıq dirəkləri var, amma işıq yoxdur.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsindən gedir.
Sakinlərin sözlərinə görə, yol kənarındakı işıq dirəklərinin işığı aylardır yanmır. Buna görə ərazidə təhlükəli vəziyyət yaranıb.
Problemin yaratdığı təhlükə yalnız piyadalarla məhdudlaşmır. Sürücülər də gecə saatlarında yolun bu hissəsində hərəkət edərkən görünüş məsafəsinin azalmasından əziyyət çəkirlər. Xüsusilə yolu keçmək istəyən piyadaların qaranlıqda sürücülər tərəfindən vaxtında görünməməsi qəza riskini artırır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər”ə bildirildi ki, Bakı-Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisində işıqlandırma sistemi hazırda işlək vəziyyətdə deyil. Buna səbəb aylar əvvəl yaranmış texniki problemdir. Qurumdan qeyd edildi ki, problemin yaxın zamanda aradan qaldırılması planlaşdırılır.












































