AZXEBER.COM xəbər verir ki, bu barədə Air Serbia sosial mediada paylaşım edib.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: Belqraddan çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri planlaşdırılıb.
Belqraddan ilk reysin yola salınması mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Həsənov, Serbiya hökumətinin nümayəndələri — tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, eləcə də Air Serbia rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.











































