Bakıda bu marketlərdə zəhərli balıqlar satılır - FOTOLAR

Bakıda bu marketlərdə zəhərli balıqlar satılır -  FOTOLAR
İQTİSADİYYAT
17:35 04.09.2015
4715

Marketlərdən bildirilir ki, indiyədək zəhərlənən olmayıb, həkim bunun fəsadlarından söz açır, rəsmi qurum isə laboratoriya testlərinin müsbət nəticələrinin olduğunu deyir

Bir müddətdir həm sosial şəbəkələrdə, həm peşəkar mediada Bakıda zəhərli balıqların satışı haqda məlumatlar dolaşır. Mağaza və supermarketlərdə panqasius adlı zəhərli hesab olunan balığın satışı ilə bağlı şikayətlər artıq ciddiləşib. Elə redaksiyamıza da bununla bağlı bir çox şikayətlər bildirilib.
Qeyd edək ki, bu balığın satışı dünyada qadağan olunub. Səbəb sözügedən balığın tərkibində sənaye tullantılarının, mərgümüşün, toksik maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar.
Balığın zəhərli kimi qeyd olunmasının bir səbəbi də onun vətəninin Vyetnamın Mekonq çayı olmasıdır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından hesab olunur. Çünki bura Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı yerdir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları verməkdən imtina edib.
Araşdırmamız nəticəsində gördük ki, Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa paytaxt mağazalarında rast gəlmək mümkündür. Bakı mağazalarında bu balıqlar açıq şəkildə, digər balıq növləri ilə birlikdə satılır.
Metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən “Qarabağ” marketində bu balığı açıq şəkildə satıldığının şahidi olduq. Satıcılar bildirirlər ki, uzun zamandır panqasius satırlar. Hələ də heç bir müştəri şikayətçi olmayıb. Balığın kiloqramı 3 manat 80 qəpik, bəzi yerlərdə isə 4 manata satılır.
Eyni zamanda “Supermarket No1”, “Grant Mart” kimi iri supermarketlərdə də panqasius balığının satıldığının şahidi olduq. “Grant Mart”ın administrasitoru Fərhad Əfəndiyev musavat.com-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, digər balıqlar kimi panqasiusun da hər zaman satışı ilə məşğul olublar:“Bu balığın zəhərli olması ilə bağlı bizə hər hansı məlumat verilməyib. Eyni zamanda mağazamızda mütəmadi olaraq məhsulların keyfiyyətləri ilə bağlı müvafiq qurumlar tərəfindən yoxlamalar aparılır. Onlar da bizə bu məhsulun qadağan olunması ilə bağlı hər hansı irad tutmayıblar. Balıqları bizə şirkət gətirir. Həmin şirkətin adını sizə açıqlamağa icazəm yoxdur. Ancaq əgər belə bir xəbərdarlıq olarsa ki, bu balıqların satışı dayandırılsın, biz də satmarıq. Onu da qeyd edim ki, mən artıq 5 ildən çoxdur bu mağazada administrator vəzifəsində çalışıram. Bu müddət ərzində heç bir müştəri panqasiusun zəhərli olması ilə bağlı bizə şikayət etməyib. Bundan zəhərlənənləri də eşitməmişəm. Bir daha bildirirəm ki, əgər qadağa qoyularsa və bizə bununla bağlı məlumat daxil olarsa, məhsulun satışını dayandırarıq”.
Göründüyü kimi, Bakıda iri və kiçik marketlərdə bu balıqların satışı hələ də davam etdirilir. Satıcılar isə iddia edirlər ki, bu növ balıqlardan şikayətlənənlər olmayıb. Bəs panqasiusun insan orqanizminə zərəri nə zaman özünü büruzə verir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a deyib ki, istənilən qidaya hər insan orqanizmi müxtəlif cür reaksiya verə bilər:“Mədə turşuluğundan, qidanın bağırsaqlardan mədəyə sovrulmasından da çox şey asılıdır. Bəzi balıqlar var ki, onların yeyilməsi məqsədə uyğun sayılmır. İnsanlar gərək bu kimi xəbərdarlıqlara diqqət etsinlər. Toksidlərin gücündən də çox şey asılıdır. Bəzi heyvanlarda olan toksid maddələr qoruma vasitəsi kimi meydana çıxıb. Bu, uzun müddət ərzində formalaşan bir prosesdir. Müəyyən toksid maddələr orqanizmə düşdükdən sonra tədricən də reaksiya verə bilər, dərhal da. Elə zəhərlər var ki, ağız boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələrin növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin də fikirlərini aldıq. Y.Xanvəli musavat.com-a açıqlamasında bildirib ki, panqasius balıqları ilə bağlı lazımı yoxlamaları aparıblar:“Hər hansı bir ölkədən heyvan və heyvan mənşəli məhsul gətirilirsə, gömrük orqanlarında açılış zamanı həmin məhsullardan nümunələr götürülür. Respublika Baytarlıq Laboratoriyasında həmin nümunələr mikrobioloji, bakterioloji, kimyatoksikoloji və digər bu kimi istiqamətlərdə müayinə edilir. Əgər müayinənin nəticələri müvafiq tələblərə uyğun olarsa, insan orqanizmi üçün təhlükə yaratmazsa, həmin məhsulun satışına icazə verilir. Bundan əlavə onu da qeyd edim ki, pankasius balığı ilə bağlı bir müddət əvvəl də müzakirələr meydana çıxmışdı. O zaman biz araşdırmalar apardıq. Bununla kifayətlənməyərək, Türkiyəyə də həmin balıqlardan nümunələr göndərdik. Orada yenidən müayinələr aparıldı. Respublika Baytarlıq Laboratoriyasında alınan nəticələr, Türkiyədə də öz təsdiqini tapdı. Bu da onu göstərir ki, gətirilən məhsulun heç bir təhlükəsi yoxdur. Buna bizim tərəfimizdən tam nəzarət olunur. İnsanların sağlam qidalanması üçün məsul orqan olaraq, biz buna cavabdehik”.
Beləliklə də dünyada qadağan edilən panqasius balıqlarının ölkədə satışına rəsmi qaydada icazə verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
16:04 05.08.2026
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
16:00 05.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ