Bakıda havanın daha çox çirkləndiyi yerlər Xətai, Nizami və Sabunçudur - RƏSMİ

Bakıda havanın daha çox çirkləndiyi yerlər Xətai, Nizami və Sabunçudur - RƏSMİ
SOSİAL
19:23 22.05.2019
5089
Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan keyfiyyəti hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın çoxluğu atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.

U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur:"Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdir.

Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır".
U.Tağıyeva bildirib ki, n əqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan-Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.Digər ərazilərlə müqaisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

Departament direktoru deyib ki, Bakı şəhəri Heydər Əliyev adına "Neft Emalı" zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub:

"Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə -Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər".

U.Tağıyeva bildirib ki, Sumqayıt şəhərində aparılan anoloji monitoriqlərin nəticələrinə əsasən, Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub:

"Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür. Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu
12:04 15.07.2026
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu