Bakıda "KamAZ" iki tələbənin üstündən keçdi - HADİSƏ ANI - VİDEO

SOSİAL
23:59 10.12.2019
10685
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
 
 AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, "KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

OXŞAR XƏBƏRLƏR