Bakıda möhtəşəm "Türk musiqi axşamı" keçirilib

Bakıda möhtəşəm "Türk musiqi axşamı" keçirilib
MƏDƏNİYYƏT
11:00 25.01.2014
1581
Bakıda keçirilən "Türk musiqi axşamı"nda iştirak edən tanınmış sənətçilər “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbərliyi ilə görüşüblər
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili dr. Qənirə Paşayeva Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə akademiyanın türk tələbə və doktorantlarının tərtib etdiyi “Bir millət-iki dövlət” adlı konsert proqramında iştirak etməkçün bakıya gəlmiş Türkiyənin tanınmış sənətçiləri – müğənni Mustafa Yıldızdoğan, Elif Nun, klarnet ifaçısı Hüsnü Şənləndirici ilə görüşmüşdür.
Sənətin, mədəniyyətin xalqların, ölkələrin yaxınlaşması sahəsindəki yeri və rolu haqqında danışan millət vəkili, qardaş xalqlar arşında mədəniyyətin özəl yerə sahib olduğunu vurğulamışdır. Ortaq dəyərləri paylaşan Azərbaycan və Türkiyənin istedadlı, qardaşlıq duyğuları ilə köklənmiş sənətçilərinin özlərini də dəyər yaradıcısı kimi xarakterizə edən xanım millət vəkili “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyətin, musiqi əlaqələrinin daha da inkişaf etdirilməsində hər iki qardaş dövlətin sənət adamlarının üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onlara bu istiqamətdə uğurlar arzulayıb və bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə akademiyanın türk tələbə və doktorantlarını “Bir millət-iki dövlət” adlı konsert proqramı keçirilib. Öncə sözügedən akademiyanın rektoru, professor Fərəhad Bədəlbəyli çıxış edərək Azərbaycan-Türkiyə qarşadlığının kökdən gəlib, kökə gedən ənənələrindən söz açdı. Xatırlatdı ki, ötən əsrin əvvəllərində  Nuru Paşanın başcılı ilə türk əsgərlərinin Azərbaycandakı xilasedici missiyası tarixin heç bir dönəmində unudulmamışdır və unudulmayacaqdır:
“Bu barədə babalarımdan eşitdiklərim də var, oxuduqlarım da. Totalitar sovetlər dönəminin ən kəskin vaxtlarında belə Azərbaycan insanının qardaş Türkiyəyə olan sevgi, sayğı duyğuları sənıgiməyib. ...Bizim dilimiz, dinimiz, milli dəyərlərimiz ortaqdır. Eyni zamanda da musiqimiz”.Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva da öz çıxışında ortaq tarixi dəyərlərimizdən söz açdı: “Hörmətli Fərhad müəllimin xatırlatdığı kimi Azərbaycan insanı heç zaman Nuru Paşanın xalqımız qarşısındakı xidmətlərini unutmayıb, unutmayacaq da.
Eyni zamanda, böyük Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kərədimizdir”, ulu öndər Heydər Əliyev isə bu qardaşlıq ənənəsini “ bir millət, iki dövlət” şəklində dəyərləndirmişdir. Millət vəkili Sarıqmışda, Çanaqqalada Azərbaycan insanlarının türkiyəli qardaşlarla bir arada döyüşmələrini, şəhid olmalarını, tarixi birliyimizin simvolu kimi dəyərləndirdi.
Eyni zamanda bildirdi ki, mədəniyyətlərin dili daha etibarlı körpüdür və Azərbaycan Türkiyə mədəni əlaqələrinin dövlət səviyyəsinə daha da irəli aparılması türkçülüyümüz qarşısında ən böyük xidmətdir. Bu xidmət Nuru Paşa, Atatürk, Üzeyir Hacıbəyli, Heydər Əliyev ruhuna, düşüncəsinə hörmət hissindən irəli gəlir. Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun da xalqlarımızın, dövlətlərimizin tarixi qardaşlıq ənənələrindən bəhs etdi: “Biz Azərbaycana həmişə “Can Azərbaycan” demişik. Bu canbirlik əbədidir! Bütün türksoylu ölkələr arasında Türkiyə üçün Azərbaycanın xüsusi, daha əziz, doğma yeri var...”
Sonra Türkiyənin tanınmış sənətçiləri (qeyd edək ki, onların böyük bir hissəsi Bakı Musiqi Akademiyasının tələbə və doktorantlarıdır) konsert proqramı başladı. Yenə də “Sarı gəlin”, “Çırpınırdın, Qara Dəniz” ifa olundu, əlləri, dilləri, könülləri bir araya gətirdi. Eləcə də tanınmış sənətçilərdən Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şənləndirici, solist Elif Nun və başqalarının ifaları alqışlarla qarşılandı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif