Cəsədlər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Yasamalda yaşayış binasındakı mənzildə 2 nəfərin meyiti aşkarlanıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, meyitlərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldıqları bildirilib.
FHN-nin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyindən xilasedicilər xüsusi alət və avadanlıqlarla beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Hüseyn Cavid prospektində yerləşən mənzildə 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və onun həyat yoldaşı 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu dəm qazından boğularaq ölüb.
Hər iki şəxs Tibb Universitetinin müəllimi olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.