Bakıda polis əməliyyat keçirdi

Bakıda polis əməliyyat keçirdi
Bütün Xəbərlər
10:35 15.10.2014
645
Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məccələsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.Eyni maddə ilə axtarışda olan daha bir şəxs Suraxanı polisi tərəfindən yaxalanıb. Belə ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov tutulub.
OXŞAR XƏBƏRLƏR