Bakıda qəza: İki nəfər xəstəxanalıq oldu

HADİSƏ
23:45 23.06.2021
424
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 1960-cı il təvəllüdlü Çiçək Əzizova və 1962-ci təvəllüdlü Valya Hüseynova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların hər ikisinə sağ qolun sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

OXŞAR XƏBƏRLƏR