Bakıda sürücülərə qan udduranlar tutuldu

Bakıda sürücülərə qan udduranlar tutuldu
Bütün Xəbərlər
11:14 15.10.2014
545
Bakıda avtomobil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 9-da Qafqaz küçəsində yaşayan Vidadi Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Nizami rayon Polis İdarəsi və 23-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb.Aparılan araşdırmalara görə, müəyyən edilib ki, o, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə, Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıblar.Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayev məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus “Toyota” markalı avtomobildən, şüşəni sındırmaqla 1300 manat oğurlayıblar.
OXŞAR XƏBƏRLƏR