Bakı şəhəri Yasamal rayonu “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar 19-20 oktyabr tarixlərində şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilib. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.