Bakının bir sıra yollarında sürət həddi endirilib

Bakının bir sıra yollarında sürət həddi endirilib
SOSİAL
21:48 14.04.2026
743
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
OXŞAR XƏBƏRLƏR