Balakişi Qasımov Baku TV-ni nümunə göstərdi, Rövşən Məmmədov isə: "Birinci yerdədir", - dedi - VİDEO

Balakişi Qasımov Baku TV-ni nümunə göstərdi, Rövşən Məmmədov isə: "Birinci yerdədir", - dedi - VİDEO
MEDIA
10:16 05.07.2026
1335
"Baku TV-nin də daxil olduğu Azərbaycan kanalları sosial şəbəkələrdə aktivdir, lakin biz "YouTube" üçün ayrıca kontent istehsal etmirik".

Bunu İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində deyib.
 
O bildirib ki, sosial şəbəkələrin yaratdığı çağırışlarla mübarizə aparmağın yeganə yolu həmin platformalarda daha güclü təmsil olunmaq, gənclərin maraqlarını və davranışını düzgün analiz edərək onlara uyğun məzmun hazırlamaqdır.

"Bizim yeganə çıxış yolumuz ondan ibarətdir ki, gənclərin davranışını, maraqlarını və motivasiyasını başa düşək, onların daha çox vaxt keçirdiyi platformalarda uyğun kontent təqdim edək", - deyə o bildirib.

Müzakirə zamanı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov qeyd edib ki, İTV-nin hazırladığı kontentlər yüksək baxış sayı toplayır.

"İTV-nin çox keyfiyyətli kontentləri var, mən də izləyirəm. Baxışlar iki milyon, üç milyon, on milyon olur. Yəni deyə bilmərik ki, bu gün Azərbaycan klassik mediası sosial şəbəkələrdə aktiv deyil. Biz kifayət qədər aktivik", - deyə o vurğulayıb.

Balakişi Qasımov isə cavabında bildirib ki, Azərbaycan kanallarının hamısı sosial şəbəkələrdə kifayət qədər fəaldır:

"Azərbaycan kanallarının hər biri bu gün "YouTube"da çox aktivdir. Milyonlarla baxışları var. Baku TV-nin də çox böyük baxışları var, digərlərində də baxışlar var".

"Bəli, Baku TV birinci yerdədir", - deyə Rövşən Məmmədov fikri qüvvətləndirib.

"Ancaq strateji fərq ondan ibarətdir ki, biz "YouTube" və sosial şəbəkə platformaları üçün kontent istehsal etmirik. Biz kontenti ənənəvi televiziya tamaşaçısı üçün hazırlayırıq və onu güzgü kimi "YouTube"da göstəririk", - deyə İTV-nin baş direktoru bildirib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı